Peru Tonqada vulkan püskürməsi səbəbindən limanlarını bağlayır

Peru Tonqa adaları yaxınlığında vulkan püskürməsi səbəbindən limanları bağlayır və kiçik qayıqlarla balıq ovunu dayandırır.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Mülki Müdafiə İnstitutu yayıb.
“İnstitut bildirir ki, Tonqada vulkanın püskürməsi nəticəsində yaranan anormal dəniz dalğaları səbəbindən sahil boyu 80 liman bağlanıb. Balıq ovunu dayandırmaq və kiçik qayıqları quruya çıxarmaq tövsiyə olunur”, - hesabatda deyilir.
Qeyd edək ki, yanvarın 14-də baş verən vulkan püskürməsindən sonra sunami yaranmasının mümkünlüyü barədə Yeni Zelandiya və Avstraliyanın bir neçə rayonu, habelə Sakit okeanın bəzi adaları üçün xəbərdarlıq yayılıb. Bir sıra sahilboyu rayonlarda 1,5 metr hündürlüyündə dalğalar müşahidə olunub.
Böyük dalğalar paytaxtın bir sıra rayonlarını, o cümlədən kral sarayının yaxınlığında yerləşən zonanı su altında qoyub. Tonqa ada dövlətinin hakimiyyət orqanları dövlət başçısı, kral VI Tupounu sualtı vulkan püskürməsi səbəbindən ölkənin paytaxtındakı sarayından təxliyə etməyə məcbur olublar.
“Report”
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












