Polis əməkdaşları Vətən müharibəsi şəhidinin ailəsinə baş çəkiblər - FOTO

Astarada polis əməkdaşları Vətən müharibəsi şəhidinin ailəsini ziyarət ediblər.
Avtosfer.az xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin rəhbərliyi torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Daxili Qoşunların şəhid hərbi qulluqçusu, baş çavuş Orxan Babayevin rayonun Kijəbə qəsəbəsində yaşayan ailəsini ziyarət ediblər. Novruz bayramı ərəfəsində gətirdikləri sovqatı təqdim edib, ailənin qayğıları ilə maraqlanıblar. Şəhidin əziz xatirəsi bir daha yad edilib, onun göstərdiyi igidlik və qəhrəmanlıqların gənc nəsillər üçün daim örnək olacağı qeyd olunub.
Şəhid hərbi qulluqçunun valideynləri göstərilən diqqətə görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə baş çavuş Orxan Sədail oğlu Babayev ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi













