Polis olmaq istəyən azərbaycanlı qardaşların arzuları puç oldu - Müharibəyə görə - VİDEO

Ukraynada Polis akademiyasını bitirən azərbaycanlı iki qardaş Rusiyanın Ukraynaya hücumu səbəbindən diplomlarını almadan ölkəni tərk etməli olublar.
Avtosfer.az-ın məlumatına görə, bu barədə azərbaycanlı Şamil Şükürov özü məlumat verib. O bildirib ki, müharibə səbəbindən qardaşı ilə birgə digər tələbələr kimi ölkəni tərk etmək məcburiyyətində qalıb. "Polis olmaq uşaqlıq arzum idi. Müharibə bütün arzularımı bitirdi" deyən Şükürov müharibə bitdikdən sonra diplomunu ala bilsə, Ukraynada polis işləmək istədiyini dilə gətirib. Şükürov Xarkovda baş verən hadisələrdən sonra çətin günlər yaşayıb, bir müddət sığınacaqlarda qaldıqdan sonra Türkiyəyə gəlməli olub: Coşqun Şükürov da qardaşı ilə birlikdə polis olmaq üçün çox çalışdıqlarını, lakin müharibənin onların bütün arzularını alt-üst editini deyib: "Ev almışam, 27 yaşım var və ailə həyatı qurdum. Orada polis olacaqdım, heç nə olmadı. Evdən çıxanda heç nə götürmədim. Bundan sonra nə olacağını bilmirəm”.
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










