Poqulyayko: “Lutska Belarus ərazisindən qanadlı raket atılıb”

“Martın 27-də axşam saatlarında Belarusdan Ukraynaya Lutsk istiqamətində atılan Rusiya raketi şəhərin kənarındakı neft anbarına düşüb, bir tank partlayıb”.
Bu sözləri Volın Regional Hərbi Administrasiyasının rəhbəri Yuri Poqulyayko ümummilli telemarafonun efirində deyib.
“Dünən axşam saat 22 radələrində Lutsk şəhərinin kənarındakı neft anbarına raket hücumu həyata keçirilib. İndi məlum olub ki, Belarusdan qanadlı raket atılıb. Xilasedicilər bütün gecəni hadisə yerində işləyiblər və səhər 8-dən etibarən hələ də işləyirlər.
İlkin məlumatlara görə, həlak olanlar barədə məlumat yoxdur. Bir tank partladı. O, söndürülür”.
Poqulyayko əlavə edib ki, ərazini Rusiya qoşunları üçün təmin edən Belarusla qonşuluğa baxmayaraq, regionda vəziyyət nəzarət altındadır, bölgə daxilində sərhədlər pozulmayıb.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi











