Prezident İlham Əliyev və Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonuna səfər ediblər.
Avtosfer.az xəbər verir ki, dövlətimizin başçısı və Birinci vitse-prezident “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak ediblər. Sonra Prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoyub. Daha sonra dövlətimizin başçısı və Birinci vitse-prezident Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olublar. Prezident İlham Əliyev burada çıxış edib. Dövlətimizin başçısı 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının da təməlini qoyub. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində olublar. Səfərdən hazırlanan geniş reportaj fevralın 14-də təqdim ediləcək.
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










