Prokurorluq əməkdaşları muzeyləri ziyarət edib - FOTO

Aprelin 9-da Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində yerləşən Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Azərbaycan İstiqlal Muzeyinə prokurorluq əməkdaşlarının ziyarəti təşkil edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyi ilə tanış olan prokurorluq əməkdaşlarına milli musiqi mәdәniyyәtinin dәyәrli numunәlәri barədə ətraflı məlumat verilib. Dövlət Teatr Muzeyində Azərbaycan teatrının ayrı – ayrı inkişaf mərhələlərinin bədii – estetik xarakterini, təbiətini, ruhunu özündə əks etdirən nadir eksponatlar nümayiş etdirilib. Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizəsinin qədim dövrlərdən bu günə kimi işıqlandırıldığı İstiqlal Muzeyində ziyarətçilər nadir sənədlər, fotoşəkillər, numizmatik kolleksiyalar, bədii əsərlər və digər əşyalar ilə tanış olub. Tədbir çərçivəsində Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyi tərəfindən qədim musiqi alətləri ansamblının ifasında təşkil edilmiş konsert proqramı qonaqların marağına səbəb olub. Müsbət təəssüratlarla başa çatan ziyarətin sonunda xatirə fotoşəkli çəkilib.










![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi











