Qanunsuz hərbi formadan istifadə edənlərin nəzərinə - VİDEO

Bəzi vətəndaşlar hərbi geyim formasını daşıma hüququ olmadığı halda bu geyimdən istifadə edirlər. Belə hallara tez-tez rast gəlinir. Bəzən daşıma hüququ bir yana , geyim qaydasından düzgün istifadə etməyənlər olur. Bəs onlar barəsində hansı tədbir görülür? Bu barədə hərbi polis danışıb.
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür.
Bununla bağlı Hərbi polis bölmələri reydlərə başlayıb.
Bəzi vətəndaşlar hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda bu geyimdən istifadə edirlər...Bəs hərbi geyimdən kimlər istifadə edə bilər ? Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisinin Hüquq İşləri Üzrə köməkçisi Şirin İsmayılov deyir ki, "Hərbi xidmətkeçmə haqqında" əsasnaməyə görə, yalnız hərbi xidmətdə 20 il və artıq qüsursuz xidmət etmiş və Silahlı Qüvvələr qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər.
Şirin İsmayılov onu da bildirdi ki, vətəndaşlar tərəfindən hərbi geyim formasını daşıma hüququnun pozulması müvafiq qanunvericiliyə ziddir.Belə halların qarşısını almaq üçün hərbi polis tərəfindən müvafiq işlər görülür..
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə, şəxsdən xüsusi geyim forması müsadirə edilməklə o, üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












