Qarabağda xidmət etmiş rusiyalı “sülhməramlılar” Ukraynada ƏSİR DÜŞÜB

Ukraynada əsirlikdə olan 250-300 rusiyalı çağırışçı əsgər var. Avtosfer.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç "Feygin Live" proqramının efirində bildirib. A.Arestoviç əsir düşən çağırışçı əsgərlərin maraqlı məlumatlar verdiyini də qeyd edib.
Onun sözlərinə görə, əsirlərdən bəziləri əvvəllər Suriyada döyüşmüş 15-ci əlahiddə motoatıcı briqadanın kəşfiyyatçılarıdır. Əsirlərin bir qismi isə Dağlıq Qarabağda "sülhməramlı" kimi xidmət etmiş, sonra Donbasda döyüşmüş hərbçilərdi.
A.Arestoviç bildirib ki, Ukraynada nə qədər rusiyalı çağırışçının döyüşdüyünü söyləmək çətindir, lakin hərbi əməliyyatların getdiyi elə bir istiqamət yoxdur ki, belə hərbçilər olmasın.
Arestoviç hesab edir ki, Ukraynada müharibədə iştirak edən Rusiya ordusunun şəxsi heyətinin ən azı yarısı çağırışçılardır. “Söhbət ondan gedir ki, burada mənim hesablamalarıma görə, ən azı 80-100 min çağırışçı var”, - Arestoviç bildirib.
O, həmçinin hesab edir ki, Ukraynada həlak olan rus əsgərlərinin yarısı da çağırışçılardır.
Modern.az
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ












