“Qatar Airways” şirkəti “Airbus”u biabır etdi - QALMAQAL BÖYÜYÜR

“Airbus” şirkəti yanvarın 20-də “Qatar Airways”in 50 ədəd A321 Neo modeli ilə bağlı sifarişindən imtina etdikdən sonra 2 şirkət arasında narazılıq ən yüksək həddə çatıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, qətərli aviadaşıyıcı A350 modelinin qüsurları barədə video hazırlayaraq öz saytında paylaşıb.
Videoda hava gəmisinin boya örtüyünün qopduğu, bəzi hissələrdə korroziyanın baş verdiyi aydın görünür. Qətərin dövlət qurumları ötən yayda bu problemə görə şirkətə məxsus A350 təyyarələrinin uçuşuna qadağa qoyub.
Məsələyə həm “Airbus” şirkəti özü, həm də Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi münasibət bildirib. Hər 2 tərəf bildirib ki, boya örtüyünün pozulması uçuşların təhlükəsizliyinə təsir etmir. Problem başqa şirkətlərin hava gəmilərində aşkar edilsə də, istismar dayandırılmayıb.
“Qatar Airways” bu izahatla razılaşmayaraq təzminat tələbi ilə məhkəməyə müraciət edib.
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO











