Qaz xəttinə qanunsuz qoşulanların DİQQƏTİNƏ - qanun sərtləşir - VİDEO

Dəm qazından zəhərlənmələrin qarşısının alınması üçün qanunvericilik təkmilləşdirilir. Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin iclasında müzakirəyə çıxarılacaq "Qaz təchizatı haqqında" qanuna təklif edilən dəyişiklikdə bır sıra məsələlər öz əksini tapıb. Layihəyə əsasən, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə dəyən ziyanın hesablanması mexanizmi müəyyən ediləcək.
Millət vəkili Naqif Həmzəyevin sözlərinə görə, qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin müayinəsi və onlara texniki xidmətlə bağlı səlahiyyətlərin aidiyyəti dövlət qurumlarından qaz paylayıcısına ötürülməsi təklif olunur. Bu isə qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının müayinəsi və texniki xidmətin səmərəliyinin yüksəlməsinə, baş verən və baş verə biləcək neqativ halların qarşsının alınmaısna xidmət edəcək.
Millət vəkili onu da bildirdi ki, təklif edilən dəyişiklik bu sahədə olan boşluqların aradan qaldırılması və vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










