“Qızımın öldüyü yanğında bu şirkətin də təqsiri müəyyən edilib”

Yasamalda 3 nəfərin ölümünə səbəb olan yanğında daha bir şirkətin təqsiri müəyyən edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə sözügedən faciədə həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov məlumat yayıb.
Vəkil qeyd edib ki, qızının ölümü ilə bağlı ekspertizanın rəyi mövcuddur: “Məlumatınız olsun ki, müvafiq ekspertiza rəyinə əsasən, baş vermiş yanğın nəticəsində azyaşlı qızımın ölümündə “Loft” klinikası ilə yanaşı, “ivolt.az” şirkətinin də təqsiri müəyyən edilib. Madam ki, bu məsələ ilə bağlı ekspertizanın müvafiq rəyi mövcuddur, bəs hansı səbəbdən bu şirkətin rəhbər şəxsləri bu günə qədər məsuliyyətə cəlb olunmayıblar?”
Qeyd edək ki, paytaxtda ötən ilin noyabrında çoxmərtəbəli yaşayış binasında baş verən yanğında 3 nəfər həlak olub, 27 nəfər isə xəsarət alıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












