Qubada silsilə oğurluqlar edən şəxslər tutulub - FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakini Samir İslamov, eləcə də Xaçmaz rayon sakinləri Məhsim Şəfiyev, Bəxtiyar Bağırov və Tofiq Zeynalov saxlanılıblar.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxslərin ayrı-ayrılıqda qrup halında Quba rayonu ərazisində müxtəlif obyektlərdən mis naqillər, tikinti texnikalarına aid ehtiyat hissələr, 630 manat dəyərində elektrik dirəklərinin dəmir konstruksiyalarını və kişi ayaqqabıları oğurladıqları müəyyən edilib.
Faktlarla bağlı Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












