Ramazan bayramında rayonlara gediş-gəliş bağlanacaq? - AÇIQLAMA

Ramazan bayramında rayonlara gediş-gəliş bağlanacaq?
"İstirahət günlərində müəyyən problemlər ortaya çıxacaq. Bu, xüsusilə iaşə obyektlərinin işləməsi ilə bağlıdır".
Avtosfer.az baku.ws-ə istinadən bildirir ki, Ramazan ayının olmasına baxmayaraq hər adam qaydalara riayət etmir: "Yəni hamı oruc tutmur və restoran və kafelərin işləməsi, insanların istirahət etməsi üçün gediş-gəliş etməsi daha çox narahatlıq doğurur.
Bu gün ən çox təmaslardan biri ictimai iaşə müəssisələrində qeydə alınır. Restoran, kafe və çay evlərində insanlar saatlarla maskasız orada oturur və əylənirlər. Ona görə ilk növbədə bu məsələyə nəzarət artırılmalıdır. Bu səbəbdən müəyyən məhdudiyyətlər tətbiq oluna bilər.
Bundan əlavə rayonlara gediş-gəliş də kontrol altına alınmalıdır. Əslində indiki epidemioloji vəziyyətdə gərək rayonlara gediş-gəliş bağlanardı. Bu, rayonlara infeksiyanın aparılmasının, eyni zamanda həmin ərazilərdən Abşeron yarımadasına gətirilməsinin qarşısını müəyyən qədər ala bilər".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik və qurumdan-ə bildirildi ki, bununla bağlı Nazirlər Kabineti tərəfindən hər hansı qərar yoxdur. Hazırda rayonlara gediş-gəlişlə bağlı heç bir post qurulmayıb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












