Rauf Quliyev həbs edildi

Ötən il barəsində “Qafqazinfo”ya vətəndaş şikayətləri daxil olan “TTQ GRUP” MMC-nin direktoru, “Füzuli” futbol klubunun prezidenti Rauf Quliyev həbs edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb. Bildirilib ki, o, dələduzluq ittihamı ilə bir neçə vətəndaşın şikayəti əsasında tutulub.
İttihama görə, MMC direktoru işgüzar nüfuzunun, həmçinin vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyərək bir neçə nəfərdən işə düzəltmək adı ilə pul alıb. Onun bir nəfərdən DTX-yə, digərindən isə FHN-ə işə düzəltmək adı ilə 15-20 min manat məbləğində pul aldığı müəyyənləşib.
Həmçinin R.Quliyev “TTQ GRUP” MMC-nin direktoru olaraq ayrı-ayrı şəxslərdən mənzil təmiri, torpaq alqı-satqısı, fərdi yaşayış evlərinin layihələndirilməsi, sənədləşdirilməsi adı ilə də pul alıb. Zərərçəkmişlər arasında bu məqsədlə ona 5 min, 10 min, 35 min məbləğlərində pul verən şəxslər olub.
R.Quliyev istintaq dövründə bir dəfə həbs edildikdən sonra azadlığa buraxılıb. Şikayətlər çoxaldıqdan sonra yenidən həbs edilib. Məhkəmənin hökmü ilə 3 il 10 ay müddətinə azadlıqdan məhrum olunub.
Direktorla birlikdə şirkətin əməkdaşı Elnur Babayev də həbs edilib. Onlar əlbir olaraq dələduzluqda ittiham olunublar. E.Babayevin adı şirkət adından edilən dələduzluq epizodlarında keçir. O da 3 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən ilin mayında redaksiyamıza şikayət edən bir qrup şəxs R.Quliyevin ev tikmək adı ilə onlara ziyan vurduğunu bildirmişdi. Həmin vaxt saytımıza açıqlama verən şirkət rəhbəri isə pulu hissə-hissə ödəyəcəklərini qeyd etmişdi.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












