Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul edib

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi yerində həllini tapıb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Sabirabad rayonunda vətəndaşları qəbul edib.
Bu barədə Nazirlikdən məlumat verilib.
Məlumata görə, qəbulda Sabirabadla yanaşı, Saatlı və İmişli rayonlarının sakinlərinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətləri dinlənilib. R.Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi yerində həllini tapıb. Nazirliyinəaid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınacaq və müvafiq qurumlara göndəriləcək.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi












