Rusiya əsgəri tankını Ukrayna hərbçilərinə 10 min dollara satdı

Rusiya ordusunun hərbçisi öz tankını Ukrayna hərbçilərinə təhvil verib və indi 10 min dollar alacaq.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu haqda ölkənin daxili işlər nazirinin müşaviri Viktor Andrusiv məlumat verib.
Onun sözlərinə görə, artıq bir neçə həftədir ki, Milli Polis Rusiya hərbçilərinin istifadə etdiyi telefonları müəyyən edib. O, həmçinin deyib ki, Ukrayna nömrələrindən mütəmadi olaraq Rusiya hərbçilərinə təslim olmaq və texnikaları necə təhvil verməklə bağlı SMS-lər göndərilir.
Milli Polisdən əlavə ediblər ki, Rusiya tankının ekipajından bir nəfər qalıb, qalanları isə fərarilik edib. Eyni zamanda, əsir düşən Rusiya ordusunun komandiri onu güllələyəcəyini və döyüş itkisi kimi yazacağını dediyi üçün evə qayıtmağa qorxurdu.
“Rusiya əsgəri bir tankı mükafat üçün bizə təhvil verib. Bir neçə gün əvvəl Mişa adlı biri bizə zəng etdi. Onunla bağlı informasiyaları yoxladıqdan sonra hara gəlməsinin lazım olduğunu dedik. O gəldi. Xüsusi təyinatlılar onu saxladılar. Mişa dedi ki, yeməyə demək ola heç nəyi qalmayıb, orduya nəzarət xaotikdir və praktiki olaraq mövcud deyil”, - Andrusiv vurğulayıb.
Onun sözlərinə görə, Rusiya ordusunun əsgəri tank Ukrayna tərəfinə təhvil verdiyi üçün müharibə başa çata kimi 10 min dollar mükafat alacaq. Ona hətta Ukrayna vətəndaşlığı da verilə bilər.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi












