Rusiya hərbçiləri Ukraynanın şəhər merini əsir götürdülər - FOTO

Berislav şəhərinin meri Aleksandr Şapovalov və bir yerli fəal üç günə yaxındır ki, Rusiya hərbçiləri tərəfindən əsir saxlanılır.
Bu barədə Xerson vilayəti hərbi administrasiyasının sədri Gennadi Laquta məlumat verib.
“Şənbə günü, martın 19-da, günorta saat 11 radələrində Berislav şəhərinin meri Aleksandr Şapovalovu və digər yerli fəalı oğurlayıblar. Onlar üç gündür ki, əsirlikdədirlər”, - deyə o, qeyd edib.
Laqutanın sözlərinə görə, dünən Şapovalova yaxınlarına zəng edərək onları sakitləşdirməyə icazə verilib.
“Aleksandr Nikolayeviçin və digər məhbusların dəqiq yeri məlum deyil. Çox güman ki, onlar Nova Kaxovkadadırlar. Biz mərkəzi hökumətlə birlikdə bütün şəraiti araşdırırıq və mümkün olan hər şeyi edirik ki, əsir düşən hər kəs öz evinə qayıtsın”, - deyə sədr vurğulayıb.
Oxu.az
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi











