Rusiya Laçında yol çəkir: kimə, niyə, nə üçün?

"Əsla düşünməyin ki, Rusiyanın güzəştə getməsindən bir dəfə istifadə edəndən sonra bundan daima faydalana biləcəksiniz. Ruslar həmişə əldən verdiklərini geri qaytarırlar. Və onlar gələndə imzaladığınız anlaşmalara güvənməyin. Həmin anlaşmalar yazıldıqları kağıza belə, dəyməz".
Otto fon Bismark əsrlər əvvəl belə demişdi və tarix göstərir ki, onun sözləri aktuallığını itirməyib.
...Azərbaycanda, Laçın rayonunda Laçın dəhlizinə alternativ olacaq yolun tərkib hissəsi olan körpünün inşasına başlanıb. Körpü Həkəri çayı üzərindədir.
Avtosfer.az bildirir ki, 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə görə, Laçın rayonunun və eyniadlı şəhərin Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçməsinə 1 il 10 ay qalıb.
Ermənistandan Azərbaycanın Xankəndi şəhərinə, Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə olan məkana gedən "dəhliz"ə alternativ yol çəkilməsi, Murovdağda tunel çəkmək istəyi təbii ki, sülhməramlı fəaliyyət çərçivələrindən kənara çıxan məqamlardır.
277756.jpg)
Rusiyalı sülhməramlılar özlərini az qala yerli məkanın sahibləri, siyasi arbitrlər kimi aparır və ən başlıcası, yerli ermənilərə istisnasız olaraq bütün sahələrdə tam dəstək verərək onlarda bir sıra illüziyaların yaranmasına səbəb olurlar.
Bütün bunlarla yanaşı, Xankəndində, Əsgəranda, Ağdərədə, Xocalıda ermənilərin yeni mövqelər qurub inşa etmələrinə, iriçaplı atıcı silahlar və zirehli texnika, hətta tanklarla "təlim"lər keçməsinə məhz rusiyalı sülhməramlılar rəvac verirlər.
Yaşananlar üçtərəfli bəyanatın şərtlərinin çox kobud şəkildə pozulması, Azərbaycan vətəndaşlarının həyatları və təhlükəsizliyi üçün real təhdidlərin formalaşmasıdır.
Milli.Az
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










