Rusiya “Lada”nın qiymətini bahalaşdırdı

Rusiyanın “AvtoVAZ” şirkəti bu gündən “Lada” avtomobillərinin qiymətini artırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. “AvtoVAZ” martın 16-dan “Lada” avtomobillərinin qiymətini təxminən 8 faizədək artırır. Hazırda “Lada Granta” avtomobillərinin minimal qiyməti 728 min rubl, “Vesta” 1,122 milyon rubl, “Largus univerdsal” 1,236 milyon rubl, “Xray” 1,122 milyon rubl, “Niza Legend” 819 min rubl, “Niva Travel” 1,067 milyon rubl təşkil edir. Rusiya istehsalı olan avtomobillərin qiymətləri mart ayı ərzində artıq ikinci dəfədir bahalaşır. “AvtoVAZ” martın 5-dən elektron komponentlərin çatışmazlığı üzündən istehsalı dayandırmışdı. Martın 16-dan Tolyatti zavodunda “Lada Granta” və “Lada Niva Legend” avtomobillərinin istehsalı bərpa edilib.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi











