Rusiya ordusunun 64 kilometrlik hərbi karvanı meşəlik ərazilərə dağılıb – FOTO

Ukrayna mətbuatında Rusiya ordusunun peykdən çəkilmiş yeni görüntüləri yayılıb.
Ötən gün çəkilmiş yeni peyk görüntüləri onu deməyə əsas verir ki, Kiyevdən şimal-qərbdə, 64 kilometrdən çox uzanan Rusiya hərbi karvanı yerdəyişmə edərək ətraf əraziyə dağılıb.
Mənbə qeyd edir ki, peykdən çəkilmiş görüntülər göstərir ki, hərbi karvanın bəzi hissələri Lubyanka yaxınlığındakı meşələrə və meşəlik ərazilərə doğru istiqamətlənib.
Artilleriya və digər texnika “Antonov” aviabazasından təxminən beş kilometr şimal-qərbdə, Lubyanka kəndi yaxınlığında, seyrək ağac kolluğunda gizlənib.
Digər peyk məlumatına görə, Rusiya ordusuna məxsus texnika, bir neçə yanacaq daşıyan maşın və çoxlu raket sistemləri Berestyankada, aviabazadan təqribən 15 kilometr qərbdə, ağacların yaxınlığında, sahədə dayanıb.
İvankov qəsəbəsinin cənub-şərqində isə 60 kilometrlik hərbi konvoya aid bir neçə yük maşını və texnika hələ də yolun hərəkəti istiqamətində görünür.
oxu.az
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










