Rusiya Ukraynada fosfor bombaları istifadə edir - VİDEO

Rusiya hərbçiləri Ukraynanın Kramatorsk şəhərində qadağan olunmuş silahlardan istifadə edir.
Bu barədə Kramatorsk Patrul Polis İdarəsinin rəisinin birinci müavini Aleksey Beloşitski məlumat verib.
Kramatorsk şəhərində rusiyalılar tərəfindən fosforlu bombaların istifadəsi ilə bağlı daha bir hadisə qeydə alınıb.
Bu cür silahların yaşayış məntəqələrində və ya yaxınlığında yerləşən hərbi hədəflərə qarşı istifadə edilməsi qadağandır.
Daha əvvəl Patrul Polis İdarəsinin rəis müavini məlumat vermişdi ki, Rusiya işğalçıları Luqansk vilayətinin Popasnaya şəhərində fosfor bombasından istifadə ediblər.
O qeyd edib ki, fosfor bombaları sarsıdıcı və dağıdıcı nəticələrə gətirib çıxarır.
Fosfor buxarları ilə nəfəs alınan zaman ağciyərlərdə zədələnmələr yaranır və bu havanı udan insanın havasızlıqdan boğulmasına səbəb olur, sonrakı mərhələdə isə insanın bədəni daxildən xaricə doğru yanmağa başlayır.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi












