Rusiya yaxın günlərdə defolt elan edə bilər

Rusiya yaxın günlərdə defolt elan edə bilər.
Avtosfer.az CNN-ə istinadən xəbər verir ki, bu barədə "Standard & Poor's" agentliyi məlumat yayıb. Bildirilir ki, ölkə xarici dövlət borcu üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün bu yolu seçəcək. Belə ki, rəsmi Moskva borcu rublla qaytarmaq istəyib, lakin kreditorlar Rusiya milli valyutasını dollara konvertasiya edə bilməyəcəkləri üçün bu təklifdən imtina ediblər. Agentlik onu da bildirir ki, aprelin 4-dən başlayaraq, borcların ödənilməsi üçün rəsmi Moskvaya 30 gün vaxt verilib. Lakin bu müddətdə borcun ödəniləcəyi real görünmür. Analitiklər bununla da ölkə iqtisadiyyatının tamamilə çökəcəyini proqnozlaşdırır. Bu isə son 100 ildə Rusiyanın üzləşdiyi ilk daxili defolt kimi tarixə düşəcək. Ölkə buna qədər 1998-ci ildə xarici öhdəlikləri üzrə defoltla üzləşib. Lakin hazırda baş verənlər xarici borclar üzrə 1917-ci ildən bəri ilk analoji haldır.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












