Rusiyadan Türkiyəyə qarşı ŞOK ADDIM: Günlərdir ki... - FOTO

Mindən yuxarı Türkiyə TIR-ları həftələrdir Rusiya-Gürcüstan sərhədindəki Kazbegi-Verxniy Lars sərəd-keçid məntəqəsində qalıb, sürücülər acınacaqlı vəziyyətlə üzləşib. Sürücülər “Bir Gün” qəzetinə (Türkiyə) üzləşdikləri dramatik vəziyyət barədə danışıblar. Bildiriblər ki, Rusiya ərazisindən keçib Gürcüstana, oradan isə Türkiyəyə getmək istəyirlər, amma sərhəd-keçid məntəqəsində rusiyalı məmurlar Türkiyə nömrə nişanlı TIR-ları buraxmır. Ermənistan, Gürcüstan, Rusiya dövlət nömrə nişanlı TIR-lar isə sərhəddən maneəsiz keçir.

Uzunluğu 150-200 kilometrə çatan növbədə gözləyən mindən artıq türkiyəli TIR sürücüsü qida, isinmə, təmizlik sarıdan çox ciddi sıxıntılar yaşadıqlarını, ərzaqlarının bitdiyini, həftələrdir çimmədiklərini deyirlər. Onlar artıq bir aya yaxındır bu acınacaqlı vəziyyətdə olduqlarını bildirirlər.
“Rusiyalı məmurlar bizimlə maraqlanmırlar. Sərhəd-keçid məntəqəsindən digər xarici ölkə TIR-larının keçidi isə davam edir. Dağ başında və yol kənarında minlərlə TIR-ın içərisində minlərlə türkiyəli şofer yaşamaq uğrunda mübarizə aparır. Bölgədə yaşayan əhalinin gətirdiyi su və çörəklə qidalanırıq. Tualet yoxdur, həftələrdir çimmirik və acınacaqlı haldayıq. TIR növbəsinin uzunluğu 150 kilometri keçib”, - sürücülər deyirlər.
Sürücülərdən Mehmet Savu bildirir ki, əvvəllər də Yuxarı Lars sərhəd-keçid məntəqəsində problemlərlə üzləşirdilər, amma indiki vəziyyətlə üzləşməmişdilər. “Ruslar deyir xoşunuza gəlmirsə buradan keçməyin. Mən Türkiyədən 55 gün əvvəl çıxmışam və 18 gündür burada gözləyirəm. TIR-larımızın borcu və sığorta ödəmələri var. İçməyə su, yeməyə çörək tapmırıq...”, - o deyib.
Qeyd edək ki, bu günlərdə Rusiya koronavirusun geniş yayıldığını əsas gətirərək Türkiyəyə bütün uçuşları dayandırıb. Nəticədə milyonlarla rusiyalı turistin Türkiyə kurortlarına getməsinin yolu kəsilib.
Məlumata görə, Rusiya tərəfindən tranzit yavaşladığı üçün sürücülər beş gündə cəmi dörd kilometrə qədər məsafə qət edə bilib.
“Xəstəyəm, nəqliyyat vasitəsini tərk edib xəstəxanaya gedə bilmirəm. Ürək xəstəliyi olan və dərmanı tükənən sürücülər var. 22 gündür hamam görməmişik. Yemək, içmək və yanacaq problemimiz var. Şirkətlər “başınızın çarəsinə baxın” deyirlər. Bölgədə yaşayan Çeçen, Dağıstan və İnquş müsəlmanları sürücülərə su və qida yardımı edirlər. Xüsusilə Ramazan ayının başlaması ilə oruc tutan sürücülərə su və yemək gətirənlər var”, - deyə sürücülərdən biri bildirib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












