Saatlıda qanunsuz balıq ovçuları saxlanılıb - FOTO

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən brakonyerliyə qarşı nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, balıq və digər su bioresurslarının qanunsuz ovlanması hallarının qarşısının alınması istiqamətində şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər gecə saatlarında baş tutub.
Əsasən su kanallarının keçdiyi kəndlərdə aparılan nəzarət-profilaktiki tədbirlər zamanı su hövzələrində sintetik torların qurulub-qurulmaması yoxlanılıb. Tədbirlər zamanı qeyd olunan qayda pozuntusu halları aşkarlanmayıb.
Lakin şöbə əməkdaşları tərəfindən rayonun Hacıqasımlı kəndi ərazisində aparılan nəzarət tədbirləri zamanı iki nəfər rayon sakininin kustar üsulla hazırlanmış elektrikli qurğudan istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olduğu müəyyən edilib. Qaydaları pozaraq ekologiyaya ciddi ziyan vuran həmin şəxslər polislər tərəfindən saxlanılıb, onlardan istifadə etdikləri qanunsuz qurğular və ovlanmış balıqlar maddi sübut kimi götürülüb.
Hər iki şəxs barəsində Saatlı RPŞ-də araşdırmalar aparılır.
Qeyd etmək istəyirik ki, bu cür üsullarla balıq ovlanması qadağandır. Belə hallarla qarşılaşdıqda vətəndaşlardan mütləq qaydada Su Nəqliyyatında Polis İdarəsinin yerli məntəqələrinə və ya ərazi üzrə polis şöbəsinə məlumat vermələri xahiş olunur.

Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi












