Şahbuzda hərbi sursat aşkar edildi - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şahbuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirlikdən Avtosfer.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.
Polis əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F1 əl qumbarası və onun partladıcı hissəsi, 11 ədəd TOZ-8 markalı tufəngin mərmisi, 10 ədəd AK-74 markalı avtomat silahının darağı, 2 ədəd işarə fişəngi, 1 ədəd elektrodetonator, PDM markalı zirehli döyüş maşınına məxsus 1 ədəd optik görmə cihazı, 744 ədəd 7.62 mm-lik və 313 ədəd 5.45 mm-lik avtomat mərmisi olduğu müəyyən edilib.
Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI














