Salyan sakinindən narkotik götürülüb

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Hümmət Piriyev şübhəli şəxs qismində saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı oradan təmiz çəkisi 1 kiloqram 80 qram olan marixuana və bir ədəd 7,62 mm patron aşkarlanaraq maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı H.Piriyev narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












