Səhiyyə naziri karantin rejimindən danışdı - VİDEO

''Hazırda koronavirusun omikron ştamı ilə yanaşı delta variantı da dövriyyədir. Reanimasiyaya düşən pasientlər arasında bunu müşahidə edirik''. Bunu Səhiyyə naziri Teymur Musayev açıqlayıb. Nazir buna rəğmən COVID-19-la bağlı vəziyyətin nəzarət altında olduğunu vurğulayıb. Teymur Musayev yoluxma hallarının artması fonunda sərt karantin rejimi qaydalarının tətbiq edilib-edilməməsinə də aydınlıq gətirib.
''Son günlər ölkəmizdə koronavirusa yoluxanların sayı kəskin artıb. Əsas səbəb "Omikron" ştamıdır. Çünki yeni ştam daha yoluxdurucudur''. Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib. Nazir hazırda ölkədə covid-19-la bağlı vəziyyətin idarəolunan və nəzarət altında olduğunu bildirib. COVID-19-a yoluxanların sayının çoxluğu sərt karantin rejimi qaydalarının tətbiq edilib-edilməməsini gündəmə gətirir. Səhiyyə naziri bu məsələyə aydınlıq gətirib. Teymur Musayev insan orqan və toxumalarının transplantasiyası ilə bağlı Səhiyyə Nazirliyinin nəzdində Koordinasiya Mərkəzinin yaradıldığını bildirib. Qeyd edib ki, donorların reyestrinin yaradılması nəzərdə tutulub. Səhiyyə naziri orqan köçürülməsinin icbari tibbi sığorta sisteminin xidmətlər zərfinə daxil edilməsi istiqamətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində işçi qrupunun olduğunu və bu məsələnin müzakirə olunduğunu diqqətə çatdırıb. Teymur Musayev tibb işçilərinin sertifikasiya imtahanından da danışıb. Bildirib ki, sistemin mükəməlləşdirilməsinə ehtiyac var və bununla bağlı işlər aparılır. ''Sertifikasiya imtahanı ilə məşğul olan mərkəzin yeni formada fəaliyyəti üçün müvafiq addımlar atılacaq. Bu sahədə yeni strategiyanın hazırlanması vacibdir''-deyə səhiyyə naziri əlavə edib.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










