Şəki Hava Limanının istifadəyə verilməsi məqsədəuyğun sayılmayıb

Hökumət Şəki Hava Limanının bərpa edilərək yenidən istifadəyə verilməsini məqsədəuyğun saymayıb.
Avtosfer.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında öz əksini tapıb.
Qeyd edilib ki, Şəki rayonuna yaxın yerləşən Qəbələ (65 km) və Zaqatala (60 km) rayonlarında beynəlxalq statusa malik hava limanları dövlət əsaslı vəsait xərclərindən ayrılmış vəsait ( müvafiq olaraq 99,8 mln. manat və 43,4 mln. manat) hesabına inşa edilərək istismara verilib.
İlkin araşdırmalara əsasən, sərnişin və yük təyyarələri üçün hava əlaqələrinin bərpa edilməsi məqsədilə Şəki Hava limanının uçuş-enmə zolağının ölçülərinin 3000x45 metrə çatdırılması üçün tikinti quraşdırma işlərinin yerinə yetirilməsi tələb olunur.
Lakin Şəki hava limanının yenidən qurulması və istismara verilməsi, bu regionda artıq dörd mülki hava limanı (Gəncə, Qəbələ, Zaqatala və Yevlax) fəaliyyət göstərdiyindən Hava Hərəkəti İdarəsi dispetçerlərinin iş yükünün artmasına səbəb ola və uçuşların təhlükəsizliyinin təmin edilməsində əlavə çətinliklər yarada bilər.
Qeyd olunanlar nəzərə alınaraq bu hava limanının yenidən qurulması iqtisadi baxımdan məqsədəuyğun hesab edilməyib.
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










