Şəkidə avtomobili yandırılan şəxsin baş həkim olduğu məlum olub

Şəkidə iki gün əvvəl yandırılan avtomobilin kimə məxsus olduğu məlum olub.
Avtosfer.az-ın məlumatına görə, yanvarın 25-də Şəkidə üzərinə benzin tökülərək yandırılan avtomobilin Şəki rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Əsədullayev Akif Fəxrəddin oğluna məxsus olduğu açıqlanıb. Məlumata görə, Şəki rayon sakini Əhmədov Murad Vaqif Oğlu rayonun İsmayıl Osmanlı küçəsi 11 ünvanında Şəki rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Əsədullayev Akif Fəxrəddin oğluna məxsus "Nissan" markalı 90-KM-040 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə benzin tökərək yandırıb.
Faktla bağlı Şəki rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (qəsdən əmlakı məhv etmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin dünən yaydığı məlumata görə, yanvarın 25-də günorta saatlarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Şəki şəhər Şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə naməlum şəxs tərəfindən benzin tökülərək az bir hissəsinin yandırılması ilə bağlı Polis Şöbəsinə məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən şəhər sakini, 2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olan ruhi-əsəb xəstəsi Murad Əhmədov Yevlax rayonu ərazisində saxlanılaraq şöbəyə gətirilib.
APA
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












