“BMW” çay evi cərimələndi - FOTO - VİDEO

Şəkidə karantin rejimi qaydalarına zidd olaraq gecə saatlarında fəaliyyət göstərən kafe və çay evi aşkar edilib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı Baş Küngüt kəndində yerləşən kafenin və şəhər ərazisindəki “BMW” adlı çay evinin gecə saatlarında fəaliyyət göstərdiyi müəyyən olunub.
Həmin obyektlərin icarədarları Azər Nəsrullayev və Vüsal Ağəmmədov, həmçinin 14 nəfər müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.
Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi bir daha onların diqqətinə çatdırılıb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












