Şəmkir sakinində silah və narkotik vasitə aşkar edilib - FOTO

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Ziya Həsənov saxlanılaraq RPŞ-ə gətirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şöbədə şübhəli şəxsin üzərindən 1 ədəd atəşə yararlı “revolver” tipli tapança və 14 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb. Bundan başqa saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində yaşadığı evin zirzəmisindən 440 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub.
Bundan başqa polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində üzərindən narkotik vasitə olan metamfetamin aşkar edilən Cəmil Abbasovun rayon ərazisində 3 oğurluq hadisəsi törətməsini müəyyən edib. Rayon sakininə məxsus avtomobildən 320 manat dəyərində oğurluq edən şübhəli şəxs daha sonra metal qəbulu məntəqlərindən oğurladığı ümumi dəyəri 600 manat olan əlvan metalı elə həmin məntəqələrə satıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.




Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO











