Şəmkirdə yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb - FOTO

Şəmkirdə ot tayasını yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, 2021-ci ilin dekabr ayının 26-da Şəmkir rayon Polis Şöbəsinin Kür Polis Bölməsinə rayonun Qapanlı kəndində yerləşən fermalardan birində yanğın olması barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Araşdırmalar zamanı məlum olub ki, fermadakı ot tayası naməlum şəxs və ya şəxslər tərəfindən yandırılıb.
Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus, ümumi dəyəri 190 000 manat olan 60 000 ədəd arpa və yonca ot bağlamalarını yandırmaqda şübhəli bilinən Qapanlı kənd sakini Abbas Heydərov saxlanılıb. Saxlanılan şəxs ifadəsində ferma sahibinin kirvə qohumluğundan imtina etdiyinə görə hadisəni törətdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.




Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












