Şirvanda 5 630 manatlıq oğurluq edilib - FOTO

Şirvanda 5 630 manatlıq oğurluq edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) səhər ərazisində yerləşən evlərin birindən ümumi dəyəri 3 630 manat olan tikinti materiallarının, məişət əşya və avadanlıqlarının oğurlanması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Zamanov saxlanılıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri nəticəsində isə şəhər ərazisində fəaliyyəti dayandırılmış müəssisələrin birindən dəyəri 2 000 manat olan dəmir darvazanı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Mütəllimov saxlanılıb.
Dindirilmə zamanı M.Mütəllimov oğurluq hadisəsini etiraf edərək darvazanı səhər ərazisində fəaliyyət göstərən əlvan metalların qəbulu məntəqələrin birinə dəyərindən ucuz qiymətə satdığını bildirib.
Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri başlanılıb, hadisələrdə iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










