Son yeddi ildə ABŞ-da avtomobil qaçırılması hallarının sayı 510 faiz artıb

Son yeddi ildə ABŞ-ın iri şəhərlərində avtomobil qaçırılması hallarının sayı 510 faiz artıb. Belə hadisələrin çoxu Çikaqo, Nyu-York, Filadelfiya və Yeni Orleanda baş verir. Bu şəhərlərdə avtomobil qaçırılması statistikası durmadan artır.
AZƏRTAC xəbər verir ki, ekspertlərin çoxunun fikrincə, bu artımın əsas səbəbi cinayət hüququ islahatlarıdır. Digərləri belə hesab edir ki, bu vəziyyət pandemiya dövründə baş vermiş dəyişikliklərlə, o cümlədən çatdırma xidmətlərinə tələbatın artması ilə bağlıdır.
ABŞ şəhərlərində kriminal hadisələri izləyən “Metro Crime”nin hesablamalarına görə, keçən il Çikaqoda 1849 avtomobilin qaçırılması qeydə alınıb. Bu, 2014-cü ilin müvafiq göstərici (303 hadisə) ilə müqayisədə 510 faiz çoxdur. Keçənilki göstərici 2020-ci ildə qeydə alınmış 1413 hadisə ilə müqayisədə 30 faiz çoxdur.
Nyu-Yorkda son üç ildə avtomobil qaçırılması hallarının sayı 350 faizdən çox artaraq, 2021-ci ildə 510 fakta bərabər olub. Müqayisə üçün bildirək ki, 2020-ci ildə Nyu-Yorkda 328, 2019-cu ildə 132, 2018-ci ildə 112 avtomobilin qaçırılması qeydə alınıb.
Belə hadisələrin sayının kəskin artdığı şəhərlərdən biri də Filadelfiyadır. Filadelfiya polis komissarı Daniel Autluonun sözlərinə görə, keçən il bu şəhərdə 750 avtomobil qaçırılması qeydə alınıb. Bu, əvvəlki ilin göstəricinə nisbətən 34 faiz çoxdur.
Yeni Orleanda da bu göstərici artmaqdadır. 2020-ci ildə belə cinayətlərin sayı 278-ə bərabər olub. Bu isə 2019-cu ilin göstəricisi ilə müqayisədə 104 faiz çoxdur. Keçən il bu şəhərdə 288 avtomobil qaçırılıb.
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO












