Su xətləri çəkilsə də, 6 ildir suları yoxdur - VİDEO

Tovuzun Düz Cırdaxanı kəndinə illər əvvəl su xətləri çəkilsə də, 60 ev təxminən 6 ildir susuz qalıb.
Avtosfer.az İTV-yə istinadən xəbər verir ki, kənd sakinləri gündəlik təlabatlarını ödəmək üçün ayda bir neçə dəfə pul xərcləməli olurlar.
Onların sözlərinə görə 5 ton su 25-30 manata başa gəlir, bu da bir ailəyə ən çoxu bir həftə və ya 10 gün bəs edir:
“Kənd camaatı o qədər sudan əziyyət çəkir ki, arxdan gələn çirkli sudan da istifadə edirlər. Suyu çənlərə doldurub, durulduruq. Mal-qara, toyuq-cücənin hamısı da həmin sudan istifadə edir. Özümüz də maşınla su gətirdirik, o da uzun müddət bəs etmir. Kran suyumuz yoxdur, ona görə də əziyyət çəkirik”.
Düz Cırdaxanlıların su problemi ilə bağlı Regional Su Meliorasiya Xidmətindən bildirilib ki, kənd ərazisində 9 ədəd bulaq mövcuddur: “Oradakı əhalinin su təminatı məhz bu bulaqlar vasitəsi ilə həyata keçirilir. Həmçinin xidmətin mərkəzləşmiş içməli su şəbəkəsi mövcud olmayan ərazilərdə, o cümlədən qeyd olunan kənddə Su Ehtiyatları Agentliyinin sifarişi ilə təchizat sistemlərinin qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb.Layihənin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir”.
Daha ətraflı videomaterialda:
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT












