Sumqayıtda ictimai nəqliyyatda kart sisteminin yenidən tətbiqi niyə uzanır?

Bildiyiniz kimi, ötən ilin sentyabr ayında şəhərdə fəaliyyətdə olan ictimai nəqliyyatda kart sisteminin tətbiqinə başlanıldı.
Lakin elə ilk gündən problemlər və şikayətlərin ardı- arası kəsilmədi.
Validatorlarda və kart sistemində yaranan problemlər səbəbindən isə noyabrın 22-dən nağdsız ödəniş sistemi müvəqqəti dayandırılıb. Bildirilirdi ki, yaxın vaxtlarda problemlər həll ediləcək və yenidən kart sisteminə keçiləcək. Artıq 2022-ci ilin mart ayıdır, hələ də kart sisteminin yenidən tətbiqi məsələsindən əsər-əlamət yoxdur.
Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Sultan Əsədov isə Xeberle.com-a bu cavabı verməklə kifayətləndi: "Sumqayıt şəhər daxili ictimai nəqliyyat 10-a yaxın fərdi sahibkarın tabeliyindədir. Nəqliyyat vasitələrinin yenilənməsi zamanı sahibkarların banklara və gömrüyə kifayət qədər borcu yaranıb. Avtobusların kart sisteminə keçilməsi də əlavə vəsait tələb etdiyindən sahibkarlar üçün çətinlik yaradır. Nazirliyin qərarına əsasən, 2022-ci ilin fevral ayında şəhər daxili bütün nəqliyyat vasitələri kart sisteminə keçməli idi. Məlum problemlər səbəbindən kart sisteminə keçid aprel ayına qədər uzana bilər."
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA












