Tağı Əhmədova 2 milyon "atan" sabiq polis də AXTARIŞDA - FOTO

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədova qarşı 2 milyonluq dələduzluq edən şəxslərdən daha biri axtarışa verilib.
Avtosfer.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, sabiq polis əməkdaşı olan Qulu Muxtarov Cinayəyət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.
Q.Muxtarov istintaqdan yayındığı üçün barəsində həbsli axtarış qərarı çıxarılıb.
Hazırda onun tutulması istiqamətində axtarışlar davam etdirilir.

Yerli mətbuatın yazdığına görə, Q. Muxtarov əvvəllər Bakı şəhər Baş Polis İdarəsində çalışıb.
Qeyd edək ki, həmin iş üzrə 3 nəfər - Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov təqsirləndirilirlər. S. Xəlilov həbsdə olsa da, digər iki nəfər məhkəmə dövründə azadlıqda olublar. Qulu Muxtarov və Sahil Abuşovun işi S. Xəlilovun işindən ayrılıb. S. Xəlilov hazırda tək mühakimə olunur.
Təqsirləndirilənlərdən Sahil Abuşov barəsində də axtarış elan olunması ilə bağlı bir neçə gün əvvəl xəbər vermişdik.
S. Xəlilov məhkəmədə 2 milyon manatı Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ












