Taliblər ölkəni tərk etmiş müəllimləri geri çağırır

Talibanın rəhbərlik etdiyi Əfqanıstan hökuməti ölkəni tərk etmiş universitet müəllimlərini geri qayıtmağa çağırıb.
Bu barədə ölkənin Ali Təhsil Nazirliyinin yaydığı bəyanatda deyilir. “Əfqanıstan bütün etnik qrupların ümumi evidir və biz onların inkişafına cavabdehik. Rifahın olmadığı bir şəraitdə ölkənin təhsil sistemi yarımçıq qalıb. Bununla əlaqədar olaraq, Ali Təhsil Nazirliyi ölkəni tərk etmiş bütün professorları evə qayıtmağa dəvət edir”, - deyə qurumun bəyanatında bildirilir. “Taliban” vurğulayıb ki, müəllimlər ölkənin inkişaf məqsədlərindən birinin həyata keçirilməsinə kömək etməlidir. Əfqanıstan hökuməti yeni müəllimləri işə götürmək üçün vəsait ayırdığını da açıqlayıb. “Vətənlərini tərk edən kadrlardan xahiş edirik ki, geri qayıtsınlar və müqəddəs işlərini davam etdirsinlər və ölkənin elmi tərəqqisinə töhfə versinlər”, - deyə Əfqanıstan Ali Təhsil Nazirliyi bildirib.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












