Tərtərdə ermənilərin raket hücumundan ziyan görmüş ev təmir edilmir? - VİDEO

Tərtərdə evin divarlarında əyilmələr yaranıb, tavanında çatlar əmələ gəlib.
Avtosfer.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri Tərtər rayonunun Düyərli kəndini ağır atıcı silahlardan və raketlərdən atəşə tutması nəticəsində insanların mülkiyyətinə və evlərinə xeyli ziyan dəyib. Qəzalı vəziyyətə düşən evlərdən biri də Abuzərovlar ailəsinə aiddir. Düşmən ordusu kəndi atəşə tutan zaman bir neçə top və qrat mərmisi fərdi yaşayış evinin yaxınlığına düşüb. Nəticədə bir mərtəbəli, iki otaqlı evin hasarlarında çat və əyilmə yaranıb. Evin dam örtüyü isə yararsız vəziyyətə düşüb. Abuzərovlar ailəsi evin yenidən əsaslı bərpası ilə bağlı rayon icra hakimiyyətinə dəfələrlə müraciət etdiklərini deyir. Məsələ ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətindən bildirilib ki, Nazirlər Kabinetinin tapşırığına əsasən, ayrılmış komissiya müharibədən sonra evə baxış keçirib və dəymiş ziyanın miqdarı hesablanıb. Ev sahibinə 1000 manat nağd pul və müəyyən tikinti materialları təqdim edilib. Bu isə təmir işinin aparılması üçün kifayət edir.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












