Tərtərdə minalı ərazilərdən dəmir yığanlar həbs olundu - FOTO

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi tədbirlərlə nəzarət postlarından kənar yollarla rayonun Həsənqaya kəndi ərazisindəki minalarla çirkləndirilmiş əraziyə dəmir tullantıları toplamaq məqsədi ilə daxil olan 4 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, araşdırmalarla onların Həsənqaya kənd sakinləri - Z.Həsənov, A.Həsənov, S.Həsənov və Y.Həsənli olduqları müəyyən edilib.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib və onlardan ikisi inzibati qaydada 10 gün müddətinə həbs, digər ikisi isə cərimə ediliblər.
Qeyd edək ki, S.Həsənov və A.Həsənov əvvəllər də törətdikləri analoji əmələ görə inzibati qaydada məsuliyyətə cəlb olunublar.
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ













