Tovuzda narkokuryerlər saxlanılıb - FOTO

Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Belə ki, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Əsgər Həsənov tanışı Asəf Qazıyevlə birlikdə sonuncuya məxsus “Toyota” markalı avtomobillə rayonun Əlimərdanlı kəndinə gələrək orada ölkə ərazisinə qeyri-qanuni yolla keçirilərək gizlədilən narkotik vasitəni götürüb getmək istən zaman tutulub.
Saxlanılan şəxslərin avtomobilinə baxış keçirilən zaman müxtəlif sellofan torbalarda ümumi çəkisi 171.661 qram heroin, 488.214 qram metamfetamin və 1 kq 715 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxslər əcnəbi vətəndaşla narkotik maddəni Bakı şəhərinə 1000 manat müqabilində aparmaq barədə razılığa gəldiklərini bildiriblər.
Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı Tovuz RPŞ-də araşdırmalar davam etdirilir.

''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI











