Türkiyə ordusu ilin əvvəlindən 300-dən artıq terrorçunu zərərsizləşdirib

Bu ilin əvvəlindən Türkiyə Silahlı Qüvvələri bölgədə keçirdiyi 18 əməliyyat çərçivəsində terror təşkilatlarının 316 üzvünü zərərsizləşdirib.
Avtosfer.az-ın məlumatına görə, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri mayor Pınar Kara deyib. Onun sözlərinə görə, 2015-ci ilin 24 iyul tarixindən (terrorla mübarizənin yeni mərhələsi başlayan zaman - red.) bu günə qədər regionda, o cümlədən İraqın şimalında və Suriyada 33 584 terrorçu zərərsizləşdirilib. P.Kara vurğulayıb ki, "Fərat Qalxanı", "Zeytun budağı", "Sülh çeşməsi" və "Bahar Qalxanı" əməliyyatları sayəsində Suriyanın şimalından gələn terror təhlükəsinin qarşısını böyük ölçüdə almaq mümkün olub. Mətbuat xidmətinin rəhbəri xatırladıb ki, Türkiyə Silahlı Qüvvələrinin səyləri nəticəsində Suriyanın bir sıra bölgələrində təhlükəsizlik təmin edilib və bu, bir milyondan çox suriyalının könüllü olaraq öz torpaqlarına qayıtmasına şərait yaradıb. Eyni zamanda, onlardan 470 mindən çoxu İdlib deeskalasiya zonasında yerləşib.
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










