Türkiyə ötən il Azərbaycana 39,5 milyon dollarlıq avtobus, mikroavtobuslar ixrac edib

2021-ci ildə Türkiyədən Azərbaycana, o cümlədən Naxçıvana 39 milyon 527 min dollar dəyərində avtobus, mikroavtobus ixrac edilib.
Bu barədə Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, keçən il ümumilikdə 83 ölkəyə 1 milyard 266 milyon 255 min ABŞ dolları dəyərində avtobus, mikroavtobus ixrac olunub.
Avtobus və mikroavtobusların ən çox ixrac edildiyi ölkə 334 milyon 22 min dollarla Fransa olub. Bu ölkəni 164 milyon 361 min dollarla Almaniya, 86 milyon 278 min dollarla İtaliya izləyib. Ötən il Gürcüstana 65 milyon 4 min dollarlıq, Macarıstana 56 milyon 66 min dollarlıq, Rumıniyaya 34 milyon 719 min dollarlıq, Serbiyaya 31 milyon 884 min dollarlıq, Portuqaliyaya 28 milyon 667 dollarlıq, Yunanıstana 27 milyon 786 min dollarlıq avtobus və mikroavtobuslar ixrac edilib.
“Report”
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR











