Ucarda 200-ə yaxın sakinin yaşadığı kəndin yolu keçilməz haldadır - FOTO

Ucarın Çiyni kəndinin sakinləri yolsuzluqdan əziyyət çəkirlər.
Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna məlumat verən yerli sakinlər bildiriblər ki, Bakı-Qazax magistralından rayonun Bərgüşad kəndinə qədər olan 16 kilometrlik yol 2019-2023-cü il Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində asfaltlaşdırılıb:
"Lakin Bərgüşad kəndindən rayonun Çiyni kəndinə qədər olan 1 kilometrlik yola asfalt örtüyü döşənməyib. Bu yola sərnişin avtobusları, taksilər girmədiyi üçün 1 kilometrlik məsafəni yayda toz-torpaqla, qışda isə palçığın üzərində hərəkət etməklə keçirik".
Kənd sakinləri deyir ki, gün ərzində 200-dən çox insanın əsas gediş-gəliş yolunun bərpası və asfaltlaşdırlması üçün yerli icra orqanlarına dəfələrlə müraciət etmələrinə baxmayaraq problem öz həllini tapmayıb.
Çiyni kəndnin də daxil olduğu Qardağlı kənd bələdiyyəsinin sədri İqbal Xəlilov “Report”un yerli bürosuna bildirib ki, yolun vəziyyəti ilə bağlı yuxarı instansiyalar məlumatlandırılıb: "Yoldakı vəziyyəti diqqətdə saxlayırıq. Yaxın vaxtlarda yolun bərpası və asfaltlaşdırlması işlərinə başlanılacaq.




''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










