Ukrayna üçün döyüşmək istəyən azərbaycanlı - Yaxamı kənara çəkə bilmərəm - VİDEO

Rusiya və Ukrayna arasındakı müharibədən uzun illərdir Ukraynada yaşayan və artıq buranın vətəndaşı olan həmyerlilərimiz də əziyyət çəkirlər. Onlardan biri də yunan-roma güləşi üzrə son olimpiadanın gümüş mükafatçısı, Ukraynaya çoxsaylı medal qazandırmış Pərviz Nəsibovdur. Hazırda hadisələrin yaşandığı ən gərgin nöqtələrdən birində olan Nəsibov müsahibə verib.
Rusiya-Ukrayna müharibəsi idmançılardan da yan keçmir. Bu ölkədə yaşayan və Azərbaycan bayrağı altında çıxış edən ukraynalılar, eləcə də Ukraynanı təmsil edən həmyerlilərimiz də təəssüf ki, anbaan təhlükə yaşayırlar. Belə idmançılardan biri də yunan-roma güləşində son olimpiadada Ukraynaya gümüş medal qazandıran Pərviz Nəsibovdur. Məlum olduğu kimi, Ukraynanın bir çox tanınmış idmançıları da ordu sıralarına qatılıblar. Pərviz Nəsibov da istənilən durumda Kiyevi tərk etmək fikrində deyil. Kiçik yaşlarından Ukraynada yaşamasına və bu ölkəni təmsil etməsinə baxmayaraq, həmyerlilərimiz Pərvizə dəstəyini əsirgəmirlər. Olimpiya mükafatçısı Azərbaycana bağlı şəxslərin və qurumların diqqətindən məmnundur. 23 yaşlı Pərviz Nəsibov Ağstafa rayonunda anadan olub. Gənclər arasında Avropa çempionu və dünya mükafatçısı, son olimpiadanın isə gümüş mükafatçısıdır.
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO











