Ukraynada olan azərbaycanlı sürücü: “Pulum, yanacağım bitib, çarəsiz qalmışam” - FOTO - VİDEO

Azərbaycanlı sürücü Ukraynada çarəsiz vəziyyətdə qalıb.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə göndərilən videoda sürücü Qəhrəman Feyzullayev özü məlumat verir.
Onun sözlərinə görə, o, fevralın 23-dən Ukrayna ərazisinə daxil olub:
“Mən “Volvo” markalı 99-EA-174 dövlət nömrə nişanlı TIR ilə gömrükdən keçib Ukraynanın Melitopol ərazisinə yük gətirmişəm. Ukraynada başlayan müharibəyə görə heç yerə gedə bilmirəm. Melitopolda yoldaşlarla əlaqə saxladım. Onlar dedilər ki, çıxış yolu Odessadan keçərək Moldova sərhədinə getməkdir. Mən də Xerson vilayətinə tərəf yola düşdüm. Xerson vilayətinin Novo Kaxovka şəhərində məni saxladılar, telefonumu postda əlimdən aldılar. Pulsuz, yanacaqsız, çox acınacaqlı vəziyyətdə qalmışam. Hara ilə əlaqə saxlasam da deyirlər ki, “gözləmək lazımdır, nə vaxt “yaşıl dəhliz” açılar o vaxt çıxarsınız”. Hava soyuqdur. Avtomobildəki isitmə sistemi sutkada 10-15 litr yanacaq yandırır. Artıq yanacaq da bitir, çarəsiz qalmışam”.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi











