Ukraynada yaşayan azərbaycanlı: “Küçələrə çıxa bilmirik”

“Nikolayev şəhərində yaşayan azərbaycanlıların bir hissəsi öz avtomobilləri ilə şəhərdən 60 kilometr kənarda yerləşən Arxangelski vilayətinə gəlib”.
Bunu Oxu.Az-a Ukraynanın Nikolayev şəhərində yaşayan və xırda ticarətlə məşğul olan həmyerlimiz Sabir Şirinov deyib.
O bildirib ki, vəziyyətlə əlaqədar Nikolayev şəhərinə giriş-çıxış məhdudlaşdırılıb:
“Buradan da 600 metr kənarda atışma gedir. Küçələrə çıxa bilmirik. 3 ailə gəldik ki, atışmadan uzaqlaşaq. Amma burada da atışma gedir. Camaat ancaq zirzəmilərə yığışır. Bizə deyirlər ki, Kiyevə gəlin, oradan sizi yola salaq, lakin biz Kiyevə gedə bilmərik. Bu, çox təhlükəlidir. Bir cavan oğlan küçəyə çıxmaq istəyirdi, Rusiya əsgərləri tərəfindən tutuldu. Kənd sakinləri güclə oğlanı rusların əlindən aldı”.
Soydaşımızın sözlərinə görə, Rusiya hərbçilərinə məxsus iki PDM maşını xarab oldu:
“Ruslar texnikanı apara bilmədikləri üçün içərisində mərmilərlə birlikdə partlatdılar. Hərbi texnikaları əhalinin əlinə keçməsin deyə yandırdılar. Gecə Kirovoqrad yolunda ciddi atışma olub, partlayış səsləri eşidilirdi”.
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO












