Ukraynadakı müharibədə ölən azərbaycanlının son döyüşü - FOTO-VİDEO

Ukraynanın ərazi bütövlüyünü müdafiə edərkən həyatını itirmiş, Ukrayna dilində oxunan Azərbaycan himninin sədaları altında son mənzilə yola salınan həmyerlimizin kimliyi bəlli olub.
Onun xatirəsi vuruşduğu “Karpatski Seç” könüllülər batalyonu tərəfindən yad edilib.
Bildirilib ki, 1993-cü ilin martın 12-də anadan olmuş Elnur Həsənov Qarabağda xidmət keçib, snayper bölməsinin komandiri olub.
Döyüş yoldaşları arasında “Alik” ləqəbi ilə tanınan Elnur Həsənov 2022-ci ilin martın 27-də Kiyev uğrunda gedən döyüşlərdə həlak olub.
Həmyerlimiz iki övlad atası olub, həyat yoldaşı üçüncü uşağa hamilədir.
“Mən Xarkovu müdafiə etməyi planlaşdırırdım. Qadınların, uşaqların, yaşlıların necə öldüyünü görəndə mən onları müdafiə etməliyəm. Hər bir insan harada baş verməsindən asılı olmayaraq pislikdən müdafiə olunmalıdır”, - deyə batalyonun sosial şəbəkə hesabında Elnur Həsənovun sitatı təqdim olunub.
Ukraynadakı döyüşlərdə iştirak edən həmyerlimizin hansı şəraitdə həlak olması ilə bağlı detallar da üzə çıxıb. O, “Karpatski Seç”in digər bir könüllüsü David Qoberjişvili ilə İrpendəki düşmən mövqelərində kəşfiyyat fəaliyyəti zamanı həlak olub. Minaatan atəşi onların hər ikisinin həyatına son qoyub.
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI
Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO










