Ukraynadan daha bir azərbaycanlı sürücü təxliyə olundu - FOTO
Xəbərlər
7 Aprel 2022 23:11

“Ukrayna ərazisindən daha bir sürücü təxliyə olunub. Sürücü Feyzullayev Qəhrəman Qəzənfər oğlu artıq Rusiya Federasiyası ərazisindədir”.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyası İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğlu feysbukda yazıb. Onun sözlərinə görə, Q.Feyzullayev döyüşlərin ilk günündən Xerson şəhərində olub. Yaradılan humanitar dəhlizlə təxliyəsi baş tutub: “Bu günə qədər 35 yük avtonəqliyyat vasitəsi üzrə 38 sürücünün təxliyəsi həyata keçirilib. Hazırda Ukrayna ərazisində bir azərbaycanlı sürücü qalmaqdadır. Onun da təxliyəsi istiqamətində aidiyyatı dövlət qurumları ilə birgə işlər görülür”.
Oxunub : 1566
DİGƏR XƏBƏRLƏR
3 Oktyabr 2026 16:24
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
3 Oktyabr 2026 14:06
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
3 Oktyabr 2026 13:23
Bakının bu yolu birdəfəlik BAĞLANIR
2 Oktyabr 2026 23:58
Bu yolda sürət həddi endirildi - FOTO
2 Oktyabr 2026 23:08
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
2 Oktyabr 2026 19:46
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
2 Oktyabr 2026 15:53
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
1 Oktyabr 2026 21:17
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
1 Oktyabr 2026 21:00
Sürücülərin nəzərinə: Bu yol bağlanır
1 Oktyabr 2026 18:27
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
1 Oktyabr 2026 18:11
Azərbaycanda deputatın mandatı ləğv edildi
1 Oktyabr 2026 14:44
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
ŞƏRH YAZ













