Xarici vətəndaşdan narkotik alıb-satan şəxslər saxlanılıb - FOTO

Xarici ölkə vətəndaşından onlayn yolla narkotik alıb, satışını həyata keçirən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib.
Daxil olmuş məlumatla əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuşlar Turqut Fətəlizadə, Fəyaz Hüseynov və Nüsrət Mustafayev şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı T.Fətəlizadənin üzərində daşıdığı sellofan torbaya baxış keçirilərkən 2 kq 515 qr qurudulmuş marixuana, 205 qram heroin, 352 qram tiryək, 100 qram metamfetamin (“patı”) və 79 ədəd metadon həbləri aşkarlanaraq maddi sübut kimi götürülüb.
Araşdırma zamanı həmin şəxslərin narkotik vasitələri və psixotrop maddəni xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldıqları məlum olub. Belə ki, Fəyaz Hüseynov tanışı Turqut Fətəlizadə ilə telefonla əlaqə saxlayaraq həmin xarici ölkə vətəndaşının Göyçay rayonu Qarayazı kəndi ərazisində narkotik gizlətdiyini bildirib və onu götürüb aralarında bölməyi təklif edib.
Bu məqsədlə Turqut tanışı Nüsrət Məmmədovla birgə Şamaxı rayonuna gəlib və burada Fəyaz Hüseynovla görüşdükdən sonra birgə Göyçay rayonuna gediblər. Narkotiki əvvəlcədən bildikləri yerdən götürüb, öz aralarında bölərkən polis əməkdaşları tərəfindən elə iş başında yaxalanıblar. Onlar saxlanılarkən müqavimət göstərməyə çalışsalar da, polislərin çevikliyi nəticəsində zərərsizləşdirilərək şöbəyə gətiriliblər.
Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
















